"Fənərbaxça" italiyalı çalışdırıcı ilə danışıqlara başladı
22.05.2024 - 12:32
Seriya A təmsilçilərindən “Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya klubunu tərk edə bilər.
Apasport.az yerli mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi mütəxəssislə yollarını ayırmağa hazırlaşır.
Super Liqa təmsilçisi “Fənərbaxça” Pioli ilə maraqlanır. İstanbul klubu yaxın zamanda mütəxəssislə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, “Milan” Piolinin rəhbərliyi altında 2021/2022 mövsümündə A Seriyasını qazanıb.
- "Spartak" - "Əl-Cəzirə" matçı ləğv edildi
- “Ayntraxt”ın gənc müdafiəçisi Avropa nəhənglərinin radarında
- Əfran İsmayılov: “Qarabağ” “Bayer”dən üstün futbol nümayiş etdirdi - Müsahibə
- "Araz-Naxçıvan"ın ÇL matçlarını idarə edəcək hakimlər müəyyənləşib
- Tofiq Əliyevdən daha bir uğur: DÜNYA KUBOKUNUN QALİBİ OLDU
0
0