“Fənərbaxça” onunla ilkin razılıq əldə etdi
05.05.2023 - 15:51
“Fənərbaxça”nın heyətinə cəlb edəcəyi futbolçulardan biri bəlli olub.
Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi Şotlandiyanın “Reyncers” klubundan Ryan Kent ilə ilkin razılıq əldə edib.
26 yaşlı ingilis futbolçunun Qlazqo təmsilçisi ilə müqaviləsi mövsümün sonunda bitəcək. “Sarı-lacivərd”lilər azad agent kimi gələcək sol cinah oyunçusu ilə müqavilənin şərtlərini açıqlamayıb.
Qeyd edək ki, 2019-cu ildən “Reyncers”in şərəfini qoruyan Kent bu mövsüm 44 oyunda meydana çıxaraq üç qol və 10 assistlə yadda qalıb.
- Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" beynəlxalq turniri keçiriləcək
- Goranboyda kəmər dərəcələri üzrə imtahan keçirilib
- Matteus: "Ya Kimmix, ya Gündoğan"
- "ROX" avtomobilləri Azərbaycanda "25 000 km İpək Yolu Turu"nu uğurla başa vurdu - FOTO
- Nyu-Yorkda Ronaldonun heykəli ucaldılıb - FOTO
0
0