"Fənərbaxça" Portuqaliyada keçirdiyi 3 oyunda da qalib gəlib
24.07.2025 - 01:16
"Fənərbaxça" Portuqaliyada keçirdiyi 3 oyunda da qalib gəlib

2025-26 mövsümünün hazırlıqları çərçivəsində hazırda Portuqaliyada təlim-məşq toplanışında olan “Fənərbaxça” orada keçirdiyi üçüncü yoldaşlıq oyununda Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandası ilə üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

"Fənərbaxça"nın yeni transferi Con Duran "sarı-lacivərt" forma ilə debüt edib.

Təlim-məşq toplanışına gec qoşulan və buna görə də ilk iki yoldaşlıq görüşündə yer ala bilməyən gənc hücumçu çətin oyuna ehtiyat oyunçular skamyasında başlayıb.

Qarşılaşmaya "10" nömrəli forma ilə çıxan 21 yaşlı futbolçu komandanın heyətində ilk matçında 77 və 88-ci dəqiqələrdə fərqlənib.