Türkiyənin “Fənərbaxça” klubu FIFA tərəfindən tətbiq edilən üç transfer dövrünü əhatə edən qadağa ilə bağlı açıqlama yayıb.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi sanksiyanın müvəqqəti olduğunu və Yussef En-Nesirinin transfer haqqı ilə bağlı ödənişdən qaynaqlandığını bildirib.
Klubun məlumatına görə, mərakeşli hücumçunun transfer haqqının 30 aprel 2026-cı il tarixində ödənilməli olan taksiti vaxtında köçürülməyib. Bundan sonra qarşı tərəf FIFA-ya müraciət edib. Yeni rəhbərlik vəzifəyə başladıqdan sonra gecikmiş ödənişi həyata keçirib.
Lakin FIFA-da açılan iş çərçivəsində növbəti taksitin də ödənilməsi tələb olunub. “Fənərbaxça” isə bunun üçün FIFA-nın qərarını gözləyib.
İstanbul klubu FIFA-nın qərarı ilə nəzərdə tutulan məbləğin ilk iş günü – sentyabrın 28-də ödəniləcəyini açıqlayıb. Bildirilib ki, ödənişdən sonra FIFA-dakı bürokratik prosedurlar tamamlanacaq və transfer qadağası aradan qaldırılacaq.
Qeyd edək ki, “Fənərbaxça” keçmiş dövrə aid bütün maliyyə göstəriciləri və öhdəliklərin sentyabrın 27-də keçiriləcək növbəti Ümumi Yığıncaqda ictimaiyyətə açıqlanacağını da bildirib.
- AFFA "Neftçi" və "Turan Tovuz"u cərimələyib
- DÇ-2026: Turnirə bir ay qalmış məşqçi istefası
- "Sabah"ın "Lill"dən ikinci transferi: "BAYQUŞLAR" DAYANMIR
- Haverts “uzunqulaq” ləqəbinin sirrini açdı: “Onları izləmək məni rahatlaşdırır”
- "Bəhreyn" Qran-prisi Malayziyaya köçürüldü – "Formula-1"dən rəsmi qərar