"Fənərbaxça"da ayrılıq
16.01.2024 - 19:41
"Fənərbaxça" futbolçusu Umut Nayiri icarəyə göndərib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli hücumçu mövsümün sonuna qədər Superliqa təmsilçisi "Pendikspor"da oynayacaq.
30 yaşlı futbolçu bu mövsüm "bülbüllər"in heyətində 13 matçda meydana çıxıb.
Türkiyə millisində də 4 oyuna çıxmış Umut 1 qol vurub.
Qeyd edək ki, forvard karyerası ərzində “Ankaragücü”, “Osmanlıspor”, “Yeni Malatyaspor”, “Göztəpə”, “Beşiktaş”, “Bursaspor”, “Hayduk”, “Giresunspor”, “Eyüpspor”, “Ümraniyespor” komandalarında oynayıb.
- Taekvondoçularımız dünya birinciliyinə yollandı - HEYƏT
- Bundesliqa: Elitanı tərk edən komandaların adına aydınlıq gəlib
- Elvin Cəfərquliyev: “Özümü komanda yoldaşlarımdan fərqləndirməzdim”
- Atletlərimiz dünya birinciliyində iştirak edəcək
- Azərbaycan çempionatında komanda sayının dəqiqləşəcəyi vaxt açıqlandı
0
0