"Fənərbaxça"dan Alvarez bombası
21.08.2025 - 14:00
"Fənərbaxça" "Vest Hem"in futbolçusu Edson Alvarezlə razılıq əldə edib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi icarə əsasında 1 il "sarı-lacivərdlilər"in heyətində çıxış edəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
27 yaşlı futbolçu bu gün tibbi müayinədən keçmək üçün İstanbula yollanacaq.
Oyunçunun müqaviləsində satınalma bəndinin də yer aldığı qeyd olunub.
Qeyd edək ki, Edson "Vest Hem"ə 2023-cü ildə "Ayaks"dan 38 milyon avroya transfer olunub.
- İrəvanda mükafat qazanan idmançı: “Hər iki ölkəni çox yaxşı təmsil etdiyimizi düşünürəm”
- Orxan Əliyev: "İstədiyimiz futbolu göstərə bilmədik" - Müsahibə
- Çexiya Universitetinin departament rəhbəri Azərbaycan İdman Akademiyasında tədrisə başlayıb
- III MDB Oyunları: İki cüdoçumuz bürünc medal qazanıb
- "Fənərbaxça"nın futbolçusu əməliyyat olunub
0
0