“Fənərbaxça” milli yığmalara futbolçu göndərmək baxımından Avropanın bir nömrəli komandasıdır.
Apasport.az xəbər verir ki, Türkiyə də daxil olmaqla İstanbul təmsilçsinin 13 futbolçusu 10 ölkənin milli komandasına dəvət alıb.
Komandanın 4 futbolçusu - İrfan Can Kahveci, İsmail Yüksek, Fərdi Kadıoğlu, Samet Akaydın Türkiyənin əsas, 1 futbolçu U-21 komandasına, digər 8 futbolçu isə Dominik Livakoviç (Xorvatiya), Miha Zayç (Sloveniya), Sebastian Şimanski (Polşa), Duşan Tadiç (Serbiya), Edin Ceko (Bosniya və Hersoqovina), Mişi Batşuayi (Belçika), Aleksandr Ciku (Qana) və Osayi Samuel (Nigeriya) öz millilərinin şərəfini qoruyacaqlar.
Qeyd edək ki, mövsümə fırtına kimi başlayan “Fənərbaxça” yeni mövsümdə keçirdiyi bütün rəsmi matçlarını qələbə ilə tamamlayıb.
- Dünya çempionatı ilə ələqədar “Fan Zona”nın açılışı olub
- Mahir Emreli: "Daha çox oynasaydım, nəsə etmək olardı" - Müsahibə
- Türkiyəli hakim Konfrans Liqasının yarımfinal matçını idarə edəcək
- Çingiz Hüseynzadə: "Sürpriz idman növləri üçün lisenziya şanslarımız davam edir"
- "Fənərbaxça" axtardığını Fransada tapdı