"Fənərbaxça"dan Tadiç qərarı
05.11.2024 - 11:14
!["Fənərbaxça"dan Tadiç qərarı](https://apasport.az/storage/news/2024/november/05/big/6729c22741e826729c22741e8317307899276729c22741e806729c22741e81.jpg)
Süper Liqa təmsilçilərindən "Fənərbaxça"nın ötən mövsümün əvvəlində 2 illik müqavilə imzaladığı Duşan Tadiçin müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq.
Apasport.az "Sözcü"yə istinadla xəbər verir ki, "sarı-göylər"in rəhbərliyi Tadiçlə mövsümün sonunda başa çatacaq müqaviləni fasilədə uzatmağı planlaşdırır.
Rəhbərlik serb futbolçuya yeni 1+1 illik müqavilə təklif edəcək.
Bu mövsüm "sarı-göylü" forma ilə 17 matçda forma geyinən Duşan Tadiç 6 qol vurub, 7 məhsuldar ötürmə edib.
0
0