“Fənərbaxça”nın FCSB matçı üçün heyəti açıqlandı - Con Duran sürprizi
28.01.2026 - 17:39
“Fənərbaxça” UEFA Avropa Liqasının 8-ci turunda səfərdə Rumıniya təmsilçisi FCSB ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, oyun öncəsi İstanbul klubunun düşərgə heyəti açıqlanıb.
Komandada Con Duran, Edson Alvarez, Arçi Broun, Levent Mercan və Milan Şkrinyar bu görüşdə forma geyinə bilməyəcək.
Həmçinin UEFA siyahısında adları yer almayan Matteo Guendouzi, Mert Günok və Antoni Musaba da səfər heyətindən kənarda qalıb.
Qeyd edək ki, Con Duranın komandadan ayrılacağı gözlənilir.

- Vasili Berezutski Kimdir? "Sabah"ın Yeni Baş Məşqçisinin Həyat Yolu
- Fəxri-prezident narahatdır - Çerçesov qovula bilər
- Millimiz Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçında da uduzub
- Millimiz Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək
- Daha bir idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı
0
0