“Fənər”in heyətində ciddi itki - 6 həftə oynamayacaq
11.01.2026 - 20:17
“Fənərbaxça” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Levent Mercan zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçunun Türkiyə Superkubokunun finalında “Qalatasaray”a qarşı keçirilən oyunda (2:0) sağ ayağının arxa əzələsində yırtıq aşkarlanıb.
Mercanın təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Levent bu mövsüm “Fənərbaxça”nın heyətində 15 rəsmi oyunda iştirak edib və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Mingəçevir”i daşıyan avtobus İsmayıllıda qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
- Kaxaber Tsxadadze: “Xarakterli futbolçuları olan komandaya qarşı oynadıq”
- Güləşçimiz Dünya Çempionatının finalına vəsiqə qazanıb
- Martines: "Neymar qarşı oynadığım ən yaxşı futbolçudur"
- “Qalatasaray” - “Trabzonspor” matçı bu kanalda - TV AFİŞA
0
0