Robin Van Persi ilə yollarını ayıran “Feyenoord” baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az xəbər verir ki, Niderland təmsilçisi Oliver Qlaznerlə maraqlanır.
İnsayder Fabrizio Romanonun məlumatına görə, avstriyalı mütəxəssis “Feyenoord”un marağına baxmayaraq, hələlik qərar verməyə tələsmir.
Qlaznerin “Milan” variantını gözlədiyi bildirilir. İtaliya klubunda baş məşqçi məsələsi ilə bağlı yekun qərar verildikdən sonra onun gələcəyi dəqiqləşə bilər.
Qeyd edək ki, 51 yaşlı mütəxəssis “Kristal Pelas”ın baş məşqçisi kimi 3 kubok qazanıb. Qlazner London klubunu İngiltərə kuboku, İngiltərə Superkuboku və Konfrans Liqasının qalibi edib.
- Eldəniz Əzizli: “Azarkeşi olduğum yığmanın finala yüksələcəyinə inanmıram”
- Lesoto və AGF arasında Anlaşma Memorandumu imzalanıb
- Sanço sabiq klubuna geri qayıda bilər
- “Olimpiakos”un qapıçısı: “Stress keçirəcəyimi gözləyirdim”
- Azərbaycan Kubokunun indiyədək keçirilən 30 final matçını 18 baş hakim idarə edib