Fransa Futbol Federasiyası (FFF) Canni İnfantinonun 2027-ci ildə FİFA prezidenti vəzifəsinə yenidən seçilməsini dəstəkləməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.
Federasiyanın prezidenti Filip Diallo yaranmış vəziyyəti sentyabrın 8-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarmağı planlaşdırır. Bununla o, qərarı təkbaşına qəbul etdiyi təəssüratının yaranmasını istəmir.
FFF İnfantino ilə bağlı mövqeyini rəsmi şəkildə açıqlamayıb.
Qeyd edək ki, İnfantino 2027-ci ildə FİFA prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürəcəyini açıqlayıb. Seçkinin gələn il martın 18-də Mərakeşdə keçirilməsi planlaşdırılır.
- Voyislav Stankoviç: "Neftçi"nin fasiləsindən sonra necə olacağını bilmirəm” - MÜSAHİBƏ
- Regekampf: “Hamıya göstərməliyik ki, birinci oyundakı nəticə təsadüfi idi”
- Fərid Qayıbov: "İnanıram ki, idmançılarımız qalib gələcək"
- Danışılmış oyunlar hansı liqalarda olur?
- Basketbolçularımız Avropa çempionatını qələbə ilə başa vurub