“Milan”ın gözü kanadalı hücumçuda
02.10.2023 - 22:48
![“Milan”ın gözü kanadalı hücumçuda](https://apasport.az/storage/news/2023/october/02/big/651ab1a8eac69651ab1a8eac6a1696248232651ab1a8eac67651ab1a8eac68.png)
“Milan” hücum xəttini gücləndirir.
Apasport.az saytı xəbər verir ki, italyanlar “Lill”dən Conatan Devidə göz dikib.
A seriyası təmsilçisi 23 yaşlı kanadalının transferi üçün Liqa 1 təmsilçisi ilə danışıqlara başlayıb. Onlar gənc forvardı Olivie Jirunun əvəzedicisi kimi görür.
Komandası ilə razılaşması 2024-cü ilin yayına kimi nəzərdə tutulan futbolçu Liqa 1-də qalmağı planlaşdırmır.
Qeyd edək ki, cari mövsümdə 10 matçda forma geyinən Conatan 4 qol, 1 assistlə yadda qalıb.
0
0