“Nitsa” yayda baş məşqçi dəyişikliyi etməyi planlaşdırır.
Apasport.az saytının məlumatına görə, Fransa klubu bu vəzifəni icra edən Didye Diqarı postunda saxlamamağa qərar verib.
Liqa1 təmsilçisi yeni baş məşqçi axtarışlarına start verib. “Nitsa”nın “sükanı arxası”na keçməyə namizədlərin ilkin siyahısı da müəyyənləşib.
Fransalılar 6 mütəxəssis arasında seçim edəcək. Bunlar Rejis Le Bri (“Loryan”), Frank Ez (“Lams”), Tyaqo Motta (“Bolonya”), Karel Jerarts (“Union”), Roberto de Dzerbi (“Brayton”) və “Çelsi”dən ayrılandan işsiz olan Qrem Potterdir.
Qeyd edək ki, 35 turdan sonra 51 xala malik “Nitsa” Liqa1-in turnir cədvəlində 10-cu sırada qərarlaşıb.
- Siyasət Əsgərov: “Meydançanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq”
- "Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
- Azərbaycan Prezidenti türk idmançıları Qarabağa dəvət etdi
- U-17 yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
- "Bavariya"dan yeni müqavilələr