Fransalı müdafiəçi “İnter”də
23.08.2025 - 09:24
"İnter" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Lans"da çıxış edən Endi Diofu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı müdafiəçi A Seriyası təmsilçisi ilə 5 illik yeni müqaviləyə imza atıb. Razılaşmaya əsasən, "İnter" fransalı futbolçu üçün 20 milyon avro ödəyib.
Qeyd edək ki, Endi ötən mövsüm "Lans"ın heyətində 34 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
- “Yumşaq desək, biz bunları vecimizə almırıq” - Samir Abasov
- "Formula-1": Azərbaycan Qran-Prisinin ilk günü - FOTOLENT
- UEFA Ukrayna klubunu yarışdan kənarlaşdırdı
- Regekampf: "Belə olanda xoşuma gəlmir" - VİDEO
- Nicat Qurbanov: "Portuqaliyanın III liqasından futbolçu gətirmək biabırçılıqdır" - MÜSAHİBƏ
0
0