Futbol dünyası yasda: İtaliya əfsanəsi vəfat edib
18.09.2024 - 13:31
İtaliyanın əfsanəvi futbolçusu Salvatore Skillaçi vəfat edib.
Apasport.az xəbər verir ki, o, bir müddətdir xərçənglə mübarizə aparırdı.
Dünya Kubokunun bombardiri adını qazanaraq İtaliyanın əfsanəvi adlarından birinə çevrilən Skillaçi 59 yaşında dünyasını dəyişib.
O, 1990 Dünya Kubokunda göstərdiyi performansla italyanların simvoluna çevrilmişdi.
Turnirdə İtaliyanın 3-cü yer tutmasında böyük paya malik olan Skillaçi o vaxt “Qızıl ayaqqabı” və “Qızıl top” mükafatlarını da qazanmışdı.
- Xisko Munyoz: "Komanda avrokuboklara çıxıbsa, demək ki, yaxşı səviyyədədir"
- FKSB-nin futbolçusu “Neftçi”yə transferi barədə xəbərlərə münasibət bildirdi - EKSKLÜZİV
- DÇ: 104 oyunun hamısı canlı yayımlanacaq - 92-si İTV-də, 12-si CBC Sport-da
- Firmino "Yuventus"a doğru
- "Milan"dan qovulan idman direktoru yenidən İtaliyada çalışa bilər
0
0