Hakim Ziyeş 3-cü oldu
01.12.2023 - 13:13
![Hakim Ziyeş 3-cü oldu](https://apasport.az/storage/news/2023/december/01/big/6569953fd5b346569953fd5b3517014183036569953fd5b326569953fd5b33.png)
Hakim Ziyeş Çempionlar Liqası tarixinə düşüb.
Apasport.az xəbər verir ki, “Qalatasaray”ın futbolçusu bir oyunda iki cərimə zərbəsini qola çevirən 3-cü futbolçudur.
Ona qədər Kriştiano Ronaldo və Neymar bunu bacarıb. Mərakeşli futbolçu Çempionlar Liqasının “Mançester Yunayted”lə görüşündə fərqlənib.
Qeyd edək ki, Ronaldo buna 2009-cu ildə, Neymar isə 2018-ci ildə nail olub.
0
0