
“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş Səudiyyə Ərəbistanına gedə bilər.
Apasport.az xəbər verir ki, mərakeşli futbolçu bu ölkənin “Əl Nəsr” klubunun diqqət mərkəzindədir.
Xüsusilə son matçlardakı performansı ilə diqqətləri üzərinə çəkə bilən 30 yaşlı müdafiəçi ərəblərdən ciddi təklif alıb. “Aslanlar” Mərakeş millisinin üzvünə gələn təkliflərdən sonra futbolçunun transferi üçün hərəkətə keçib. Belə ki, İstanbul klubu “Çelsi”dən icarəyə götürülən təcrübəli oyunçunu birdəfəlik satın almaq üçün ingilislərlə danışıqlara başlayıblar.
Qeyd edək ki, Ziyeş hələ yayda Ərəbistan yarımadasına yollanmağa çox yaxın idi. Futbolçu “Əl Nəsr” klubu ilə maaş məsələsində razılığa gələ bilmədiyi üçün bu keçid baş tutmadı.
- 3 qılıncoynadanımız Dünya Kubokunun əsas mərhələsində
- Tanınmış futbolçumuzun atası HƏBSDƏ ÖLDÜ: anasını güllələmişdi...
- Azərbaycanda ilk dəfə keçiriləcək Ne-vaza ACF Kubokuna hakimlərin hazırlığı üçün təlim keçirilib
- "Real Madrid" ulduz hücumçunu İngiltərə nəhənglərinə sata bilər
- Paraüzgüçümüz gümüş medal qazanıb