Məşhur simalara bənzərlik həyatda heç də hər zaman xoşbəxtlik gətirmir.
Apasport.az saytı xəbər verir ki, Türkiyə Super Liqasında hakimlik edən Yasin Kala həm ad və soyad, həm də görüntü olaraq bənzəyən meyvə satıcısı hazırda çox çətin günlərini yaşayır.
Trabzonun Sürmela rayonunda yaşayan referi ilə yerli olması da, sözün həqiqi mənasında, başına bəla olub.
Hakim Yasin Kalın oyunları idarə etməsindən sonra təhdidlər və söyüşlər aldığını deyən satıcı Yasin vəziyyətlə bağlı məhkəməyə müraciət etdiyini deyib. Telefon işlətməməyə çalışdığını bildirən ədalət təmsilçisinin oxşarı həyatı üçün təhlükə olduğunu da qeyd edib.
- Azərbaycanın mövqeyi dəyişmədi – UEFA reytinqi
- Jorj Kaşkilya: “Sabah” yüksək pressinq göstərirdi, amma biz fiziki cəhətdən hazır idik"
- “Azəryol” çempionluğun 1 addımlığında
- Azərbaycan idmançılarının iyun ayı üçün reytinq cədvəli
- ACF rəsmiləri cüdoda yeni qaydalarla bağlı təşkil olunmuş seminarda iştirak ediblər