“Hazırda karyeramın ikinci baharını yaşayıram. Milli komanda ilə vidalaşmaq fikrim yoxdur”.
Apasport.az xəbər verir ki, "Bavariya"nın hücumçusu Harri Keyn yaxın vaxtlarda İngiltərə milli komandasını tərk etmək fikrində olmadığını bildirib.
30 yaşlı futbolçu hələ cavan olduğunu deyir: “İngiltərə millisində oynadığım üçün həmişə fəxr etmişəm və təqaüdə çıxmaq haqqında düşünmək belə mənim üçün çox çətindir. Yəqin ki, seçilməyənə qədər davam edəcəm və sonra bunu qəbul edəcəm. Milli komanda formasında meydana çıxdığım hər dəqiqədən həzz alıram”.
Qeyd edək ki, Keyn milli komandanın 86 matçında iştirak edib və 59 dəfə fərqlənib.
- “Fənərbaxça”dan milli komandalara 13 futbolçu - Livakoviç Türkiyəyə qarşı
- Paris-2024: Təmsilçimizin ilk rəqibi bəlli olub
- "ROX" avtomobilləri Azərbaycanda "25 000 km İpək Yolu Turu"nu uğurla başa vurdu - FOTO
- "Cimbom"a xəyanət şoku: "Çalhanoğlu" addım-addım "Fənərbaxça"ya
- Gənc taekvondoçular arasında Azərbaycan Kubokuna start verilib