Holandan "Etihad"da 6-cı het-trik
18.03.2023 - 23:16
![Holandan "Etihad"da 6-cı het-trik](https://apasport.az/storage/news/2023/march/18/big/64161230d9efa64161230d9efb167916804864161230d9ef864161230d9ef9.jpg)
"Mançester Siti"nin futbolçusu Arlinq Holan "Etihad" stadionunda 6-cı het-trikini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, Norveç millisinin hücumçusu buna "Bernli" ilə İngiltərə Kubokunun 1/4 final matçında nail olub.
O, 32, 35 və 59-cu dəqiqələrdə qol vuraraq het-trik edib. Maraqlıdır ki, Arlinq Holanın "Etihad" stadionunda etdiyi het-trikin sayı keçirdiyi qolsuz matç sayından çoxdur. Belə ki, o, doğma meydanda cəmi 5 dəfə qol vura bilməyib.
0
0