"Qalatasaray"ın baş məşqçisi Okan Buruk komandanın hücumçusu Mauro İkardi ilə bağlı maraqlı fikirlər səsləndirib.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis argentinalı futbolçunun həm fiziki, həm də psixoloji baxımdan çətin dövr keçirdiyini bildirib.
Buruk, İkardinin uzun çəkən zədə və şəxsi həyatındakı problemlərin təsiri altında olduğunu vurğulayıb.
Baş məşqçi futbolçunun bərpa prosesinin davam etdiyini qeyd edərək, onun gələcəyi ilə bağlı qərarın qarşıdakı günlərdə veriləcəyini deyib.
Burukun "psixoloji cəhətdən çətinlik çəkir" ifadəsi isə Türkiyə mediasında İkardinin komandadan ayrıla biləcəyi ilə bağlı iddiaları yenidən gündəmə gətirib.
Qeyd edək ki, 33 yaşlı hücumçu ötən mövsüm ağır diz zədəsi səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalıb.
Son aylarda isə onun "Qalatasaray"dakı gələcəyi ilə bağlı müxtəlif ayrılıq xəbərləri yayılır.