Mövsümün sonunda müqaviləsi başa çatan Mauro İkardinin “Qalatasaray”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi ilə yeni müqavilə imzalamayan argentinalı hücumçu ilə bir neçə klub maraqlanır.
Bu barədə yerli mətbuat xəbər yayıb.
Bildirilir ki, Səudiyyə Ərəbistanı və Braziliya klubları İkardini heyətinə qatmaq niyyətindədir. Həmin ölkələrin bəzi komandaları təcrübəli forvarda yüksək məvacib təklif edib.
33 yaşlı futbolçunun yekun qərarını yayda verəcəyi gözlənilir.
Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından “Qalatasaray”da çıxış edir. O, cari mövsümdə “sarı-qırmızılar”ın heyətində keçirdiyi 45 rəsmi matçda 16 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.