İlkay Gündoğandan rekord
12.02.2024 - 19:19

Kataloniya "Barselona"sının yarımmüdafiəçisi İlkay Gündoğan İspaniya çempionatının dünənki "Qranada" (3:3) ilə matçında qol ötürməsi edib.
Apasport.az "Squawka" nəşrinə istinadla xəbər verir ki, almaniyalı yarımmüdafiəçi şəxsi rekorda imza atıb.
33 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə bir mövsümdə 10-dan çox məhsuldar ötürmə edib.
Qeyd edək ki, türkiyəli ötən yay Kataloniya komandasına keçib. Tərəflər arasında müqavilə 2025-ci ilin yayında başa çatır. İspaniya çempionatının bu mövsümündə İlkay 24 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
- “Barselona” “Real”a qarşı - START HEYƏTLƏR
- “Beşiktaş”ın istəyi
- "Real"dan "Barselona"ya qarşı korrupsiya faktı ilə bağlı açıqlama
- Türkiyəli məşqçidən gözlənilməz qərar: "Santyaqo Bernabeu"da məşq etməyəcəklər
- Velebit: "Stanoyeviç Mahiri “Qarabağ”da oynayanda “Partizan”a gətirmək arzusunda idi" - MÜSAHİBƏ
0
0