İlkay Gündoğanın yeni forma nömrəsi bəlli olub
25.08.2024 - 09:31
"Barselona"dan sabiq komandası "Mançester Siti"yə qayıdan İlkay Gündoğanın yeni forma nömrəsi bəlli olub.
Apasport.az xəbər verir ki, türk əsilli alman futbolçu bundan sonra 19 nömrəli futbolkanı tərlədəcək.
"Şəhərliləri" tərk etməzdən əvvəl İlkay 8 nömrəli formanı geyinirdi. Lakin onun gedişindən sonra bu nömrə Mateo Kovaçiçə verildi.
Qeyd edək ki, yarımmüdafiəçi "Barselona"da 22, Almaniya milli komandasında isə 21 nömrəli formaları geyinib.
- UEFA: AVRO-da komanda sayı artmayacaq
- "Formula 1" üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla başa çatıb - FOTO
- "Qarabağ"ın legionerinin maşınına hücum edildi - FOTO
- İdmançımız 24 aylıq diskvalifikasiya edilib
- Elmar Məmmədyarov: “AFFA işğaldan azad olan ərazilərdə iki komanda yaradır”
0
0