"Beşiktaş"la razılaşan məşhur futbolçu Çiro İmmobile "qara qartallar"la müqavilə imzalamaq üçün İstanbula gedib.
Apasport.az xəbər verir ki, "Latsio"dan transfer edilən 34 yaşlı hücumçu artıq Atatürk Hava Limanına çatıb. O, hava limanıda "Beşiktaş" azarkeşləri tərəfindən coşqu ilə qarşılanıb.
"Beşiktaş" sosial şəbəkə hesablarında italiyalı forvardın fotosunu paylaşıb.
Qeyd edək ki, İmmobile 2016-cı ildən "Latsio"da oynayırdı. Futbolçu "Siena", "Yuventus", "Qrosseto", "Peskara", "Cenoa", "Torino", "Borussiya" (Dortmund) və "Sevilya"nın da formasını geyinib. O, bu müddət ərzində 593 matça çıxıb, 329 qol vurub və 75 qolun ötürməsini verib.
Çiro Almaniya Superkubokunun, 2 dəfə İtaliya Superkubokunun və İtaliya millisi ilə Avro-2020-nin qalibi olub.
- Rail Məlikov: “Qələbə qazanılsa Byazinin işinin düzgün olduğu önə çıxacaq” - MÜSAHİBƏ
- Xorvatiya gözəli yenə açıq-saçıq geyimlə stadiona gəldi - FOTOLENT
- Adrian Mutu: “Penalti epizodu bizim üçün ağır nəticələndi” - MÜSAHİBƏ
- Raul Yaqubzadə: "İtaliyada qalıb, burada oynamaq istəyirəm"
- Təmsilçilərimiz beynəlxalq turnirdə bürünc medal qazanıblar