
"İnter" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, A Seriyası nəhəngi "Dinamo"dan Petar Suçiçi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"İnter" 21 yaşlı dayaq yarımmüdafiəçisi üçün Xorvatiya klubuna 14 milyon avro təzminat ödəyib.
Futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Xatırladaq ki, "Dinamo" Petar Suçiçi 2022-ci ilin yanvar ayında "Zirinski Mostar"dan transfer etmişdi.
Xorvatiya millisinin üzvü başa çatan mövsümdə komandasının heyətində meydana çıxdığı 32 rəsmi matçda 7 qol, 4 məhsulsdar ötürmə ilə yadda qalıb.
- "Liverpul"un hücumçusu "Barselona"ya keçə bilər
- Portuqaliya klubunun müdafiəçisi: "Yalnız "Qarabağ" və "Neftçi"nin təklifini dəyərləndirərəm"
- Rəşad Sadıqov: "Çalışacağıq ki, Bakıya sərfəli nəticə ilə qayıdaq"
- "Zirə" - "Kəpəz" matçının məkanı dəyişdirildi
- "Barselona" ilə "Real" rəhbərliyi arasında münasibətlər korlanır