“İnter Mayami” İnyesta ilə razılığa gəldi
21.07.2023 - 12:22
“İnter Mayami” daha bir ulduzu heyətinə qatmağa yaxındır.
Apasport.az saytının məlumatına görə, ABŞ klubu Andres İnyestanın xidmətində maraqlıdır.
İspaniya millisinin və “Barselona”nın sabiq yarımmüdafiəçisi ilə ilkin razılıq əldə olunub. 39 yaşlı futbolçu yaxın günlərdə sabiq komanda yoldaşları Lionel Messi və Serxi Busketsə qoşula bilər.
Qeyd edək ki, iyulun 2-də “Vissel Kobe”dən ayrılan İnyesta azad agent statusuna malikdir.
- Fatih Terimin komandası azarkeşlərə hədiyyə paylayacaq
- Jurnalist qazi: “İstəyirdim ki, güllə ürəyimdən dəysin, ölüm” - MÜSAHİBƏ
- Millinin baş məşqçisi: "Fiziki hazırlıq yüksək səviyyədə deyil"
- Fransa klubu ingiltərəli baş məşqçi ilə danışıqlara başlayıb
- "Sumqayıt”la oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik"
0
0