![İsmail Kartaldan Şimanskiyə xəbərdarlıq](https://apasport.az/storage/news/2024/february/21/big/65d5af5f6dd1c65d5af5f6dd1d170850287965d5af5f6dd1765d5af5f6dd1a.jpg)
"Fənərbaxça"nın son həftələrdə formada olmayan ulduzu Sebastian Şimanski baş məşqçisi İsmail Kartaldan xəbərdarlıq alıb.
Apasport.az "Sabah"a istinadla xəbər verir ki, son həftələrdə adı transfer söz-söhbətlərində hallanan Şimanskinin geriləməsinin səbəblərindən birinin də bu olduğu iddia edilib.
Uğurlu futbolçu üçün ara transfer dövründə "Fənərbaxça"nın "Borussiya" və "Napoli"dən təklif aldığı iddia edilib.
Sonuncu dəfə yanvarın 10-da keçirilən "Konyaspor" matçında qol vuran Şimanski bundan sonra meydana çıxdığı 7 matçda cəmi 1 məhsuldar ötürmə edə bilib. Bu mövsüm ümumilikdə 39 matçda meydana çıxan 24 yaşlı polşalı ulduz 12 qol vurub, 14 məhsuldar ötürmə edib.