"Santos" baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
19.03.2026 - 14:27
"Santos"da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Xuan Pablo Voyvoda istefaya göndərilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssislə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Qeyd edək ki, Xuan Pablo Voyvoda 2025-ci ilin iyul ayından "Santos"a rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 33 oyun keçirib, 10 qələbə qazanıb, 13 heç-heçə edib və 10 dəfə məğlub olub.
0
0