İspaniya millisinin üzvü zədələndi - 3 ay oynamayacaq
12.12.2025 - 18:54
İspaniya millisinin üzvü zədələndi - 3 ay oynamayacaq

“Komo”nun futbolçusu Alvaro Moratanın zədə müddətinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, 33 yaşlı forvard 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, ispaniyalı hücumçu “İnter”lə səfər matçında (0:4) zədələnmişdi.

Qeyd edək ki, Morata A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.