“İmişli”yə texniki məğlubiyyət verildi
01.09.2022 - 15:38
Azərbaycan I divizionun II turunda xoşagəlməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, “İmişli” – “Araz Naxçıvan” oyununda adı protokolda olmayan futbolçu iştirak edib.
Heyətində belə oyunçu olan “İmişli”yə texniki məğlubiyyət verilib. Lakin Naxçıvan təmsilçisi 3 cavabsız qolla qalib gəldiyi üçün hesab olduğu kimi saxlanılıb. İmişlinin eyniadlı klubu 400 manat cərimələnib.
Qeyd edək ki, “Araz Naxçıvan” ardıcıl ikinci qələbə ilə I divizionun lideridir.
- “Neftçi” daha bir futbolçusu ilə müqaviləni yeniləmədi
- Xabi Alonso: “Qarabağ” Leverkuzendəki matçdan fərqli oyun ortaya qoyacaq”
- Vaqif Cavadov: "De Byazinin hərəkəti insanlıq keyfiyyətləri ilə bağlıdır" - MÜSAHİBƏ
- Azərbaycan cüdoçuları Qvadalaxara Qran-Prisində mübarizə aparacaq
- Aqil Nəbiyevin yetirmələrindən növbəti qələbə
0
0