İspaniyalı "Barselona"nı "Milan"a dəyişə bilər
26.11.2024 - 14:35
![İspaniyalı "Barselona"nı "Milan"a dəyişə bilər](https://apasport.az/storage/news/2024/november/26/big/6745a44f5a23e6745a44f5a23f17326172956745a44f5a23c6745a44f5a23d.jpg)
"Barselona"nın futbolçusu Ansu Fati karyerasını İtaliyada oynaya bilər.
Apasport.az "Tuttosport"a istinadən xəbər verir ki, ispaniyalı vinger "Milan"a keçmək şansına sahibdir.
Fatinin Kataloniya təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, bu mövsüm "Barsa"nın heyətində 7 matça çıxıb.
0
0