İspaniyalı çalışdırıcı "Ayaks"da
02.06.2026 - 19:17
İspaniyalı çalışdırıcı "Ayaks"da

"Ayaks"ın yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, bu posta Miçel Sançes təyin olunacaq.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər bütün şərtlərdə razılığa gəliblər. Rəsmi açıqlamanın bu gün verilməsi gözlənilir.

Qeyd edək ki, ispaniyalı mütəxəssis ötən mövsüm “Jirona”ya rəhbərlik edib.