İspaniyalı qapıçı atdan yıxılıb
28.05.2023 - 17:54
![İspaniyalı qapıçı atdan yıxılıb](https://apasport.az/storage/news/2023/may/28/big/647355219ebd2647355219ebd31685280033647355219ebd0647355219ebd1.jpg)
PSJ-nin qapıçısı Serxio Riko başından ağır zədə alıb.
Apasport.az-ın məlumatına görə, ispaniyalı qapıçı atdan yıxılıb.
İspaniyada at sürərkən müvazinətini itirən Serxionun kəllə-beyin zədəsi aldığı bildirilir. Təcili xəstəxanaya yerləşdirilən qapıçı süni nəfəs aparatına qoşulub. Yayılan xəbərlərdə atın yıxılan qolkiperin boynunu zədələdiyi bildirilir.
Qeyd edək ki, Riko bu mövsüm PSJ-nin heyətində meydana çıxmayıb.
0
0