İtaliya millisinin baş məşqçisi bəlli oldu
10.04.2026 - 21:14
İtaliya millisinin baş məşqçisi bəlli oldu

İtaliya millisinin yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, yığmanı hazırda U-21-ə rəhbərlik edən Silvio Baldini çalışdıracaq.

Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

67 yaşlı mütəxəssislə iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, İtaliya Futbol Federasiyası bir neçə gün öncə Cennaro Qattuzo ilə yollarını ayırıb.