İtaliya nəhəngindən “Siti”yə
24.03.2025 - 00:27
İtaliya nəhəngindən “Siti”yə

"Mançester Siti" "Milan"ın formasını geyinən Tijjani Reynderslə maraqlanır.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Şəhərlilər" yayda bu transferi həyata keçirməyi planlaşdırır.

Mənbənin məlumatına görə, Premyer Liqa klubu bu keçidə görə, 60 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Reynders bu mövsüm "Milan"nın heyətində iştirak etdiyi 42 oyunda 13 qol, 4 assistlə yadda qalıb.