Joao Feliksin arzusu
13.05.2023 - 13:42
Portuqaliya millisinin futbolçusu Joao Feliks “Atletiko”nu tərk etməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, icarə əsasında “Çelsi”də çıxış edən hücumçu İngiltərədə qalmaq niyyətindədir.
O, Premyer Liqa klublarından birinə keçməyi planlaşdırır. Feliks “Çelsi”də deyil, Çempionlar Liqasında mübarizə aparacaq klubların birində forma geyinmək arzusundadır.
23 yaşlı futbolçu cari mövsüm “Atletiko” və “Çelsi”də ümumilikdə 37 oyun keçirib. Portuqaliyalının hesabında 8 qol var.
Qeyd edək ki, Joaonun İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
- Valdas Dambrauskas: “Öz kimliyimiz, öz tərzimiz yaranıb”
- Murat Dikmen: "Matç ilk dəqiqlərdən bizim nəzarətimiz altında keçdi"
- 13 yaşlı şahmatçımız dünya ikincisini məğlub edib
- Qurban Qurbanov: “Bu adı qoruyub saxlamaq çox vacibdir”
- Şahin Diniyev: "Üçüncü qoldan sonra qələbənin uzaqda olmadığını hiss etdik"
0
0