Joao Pedro rəsmən “Çelsi”də
02.07.2025 - 17:20
Gələn mövsüm Çempionlar Liqasında oynayacaq olan “Çelsi” heyətini yeni hücumçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “zadəganlar” “Brayton”dan Joao Pedronu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London klubu braziliyalı futbolçunun keçidinə görə “ağ-mavililər”ə 63,7 milyon avro ödəyib. 23 yaşlı oyunçu ilə 7 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Joao Pedro “Brayton”a 2023-cü ilin yayında “Uotford”dan 34.2 milyon avroya transfer edilmişdi.
- Kim oynadı, kim vurdu? - STATİSTİKA
- 10 yaşında dişləri tökülən, kasıblıq içində qıvranan və möcüzə ilə başlayan karyera - ULDUZLAR
- Cüdoçularımız "Böyük Dəbilqə"də mübarizəyə başlayır
- "Şəki" evdə "Gəncə" ilə qarşılaşacaq
- Sumqayıtın futbolçusu: "Ümid edirik ki, azarkeşlər hər oyun stadionu dolduracaq" -Müsahibə
0
0