Joze Mourinyo və Okan Buruk cəzalandırıldı
27.02.2025 - 23:29
Bu gün PFDK-nın iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda "Qalatasaray" - "Fənərbaxça" matçı (0:0) ilə bağlı qərarlar verilib.
Qurum Okan Buruk və Joze Mourinyonu cəzalandırıb.
Türkiyəli mütəxəssis 1, portuqaliyalı çalışdırıcı isə 4 matçı buraxmalı olacaq.
Mourinyo bu gün "Qaziantep"lə oyunda komandasının yanında ola bilməyib. O, həmçinin "Antalyaspor", "Samsunspor" və "Bodrumspor" görüşlərində iştirak edə bilməyəcək.
Buruk isə "Kasımpaşa" ilə qarşılaşmanı buraxmalı olacaq.
- Yunanlardan 11 top buraxmış azərbaycanlı məşqçi: "Deməyə söz tapmıram"
- Dünya çempionu Messi və Ronaldonu müqayisə etdi: “O, daha emosionaldır”
- “Qarabağ”ın hazırlıq planı məlum olub
- Kiyev “Dinamo”sunun futbolçusu Azərbaycan millisinə çağırıla bilər
- Belçika millisinin üzvü “Atletiko”nu tərk etdi - RƏSMİ
0
0