Karlo Ançelotti "Real"da qaldı
29.12.2023 - 16:47
![Karlo Ançelotti "Real"da qaldı](https://apasport.az/storage/news/2023/december/29/big/658ec64d6f5d3658ec64d6f5d41703855693658ec64d6f5d1658ec64d6f5d2.webp)
“Real”da baş məşqçi söhbətinə nöqtə qoyulub.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi baş məşqçi Karlo Ançelottinin müqaviləsini 2026-cı ilə qədər uzadıb.
Tərəflər qış fasiləsinə yola düşməzdən əvvəl razılığa gəliblər. Milad bayramı öncəsi italiyalı mütəxəssis klub rəhbərliyi ilə görüşərək razılaşmanın detallarını dəqiqləşdirib.
Qeyd edək ki, “Don Karlo” 2021-ci ilin iyul ayından “qalaktikos”un sükanı arxasındadır. 64 yaşlı mütəxəssisin klubla razılaşması mövsümün sonunda başa çatırdı.
0
0