Karlo Ançelottidən REKORD
06.10.2022 - 11:28
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis turnirdə ən çox qələbə qazanan mütəxəssis adına şərik çıxıb.
İspaniya nəhəngi III turda “Şaxtyor”u 2:1 hesabı ilə məğlub edib. Bu, Ançelottinin qitənin ən nüfuzlu klub turnirində 102-ci uğuru olub.
İtaliyalı mütəxəssis Aleks Ferqyusona məxsus rekordu təkrarlayıb. Ançelotti 182, şotlandiyalı 190 görüşdə buna nail olub.
Qeyd edək ki, qələbə sayında üçüncü olan Pep Qvardiola 151 görüşdə 96 qələbəyə sevinib.
- Qurban Qurbanov: "Dəyişiklik üçün hücumda oyunçu azdır"
- Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı açıqlandı
- Birinci Liqa: “Mingəçevir”dən qələbə, Qəbələdə hesab açılmadı - YENİLƏNİB
- Millimizin üzvləri Kürdəxanıda yeniyetmə futbolçularla görüşüblər
- Zəiflərin liderlərinin oyununa PROQNOZ
0
0