Türkiyə millisinin gənc ulduzu Kenan Yıldızın yeni mövsümdə "Yuventus"un heyətində geyinəcəyi forma nömrəsi müəyyənləşib.
Apasport.az xəbər verir ki, 19 yaşlı futbolçu yeni mövsümdə 10 nömrə ilə çıxış edəcək.
Xatırladaq ki, "Yuventus"un və İtaliyanın əfsanəvi futbolçusu Alessandro Del Piero da vaxtilə A Seriya klubunda 10 nömrəli formanı geyinib.
Bir müddət öncə Kenan Yıldız barəsində danışan futbolçu onun bu nömrəyə layiq olduğunu vurğulamışdı: "Kenan Yıldız bu il xüsusi performans göstərdi. Mən olsaydım, ona 10 nömrə verərdim".
"Yuventus"un heyətində 32 matça çıxan Yıldız 4 qolla yadda qalıb.
- Nabi Keyta komandasının heyətindən uzaqlaşdırıldı
- Zona birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib
- İnzaqi üçün fantastik məbləğ: Səudiyyə Ərəbistanında sərvət qazanacaq
- İdmançılarımız Avropa Kata turnirində bürünc medal qazanıblar
- Millimiz Ermənistanı məğlub etdi - 1/4 finala yüksəldi