Paraqvay yığmasının üzvü Antonio Sanabriya özü və ailəsinin təhdidlər aldığını açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, hər şey Argentina – Paraqvay (1:0) qarşılaşmasından son baş verib.
Paraqvaylı futbolçunun arxadan Lionel Messiyə tüpürməsi ilə bağlı video yayılıb. Amma Sanabriya həmkarına qarşı qeyri-etik hərəkət etmədiyi ilə bağlı paylaşım edib. O, video görüntünün yenidən izlənməsini məsləhət görüb: “Bu vəziyyətdə ailəm çox əzab çəkir. Baş verməyənlərə görə bir neçə dəfə təhdid almışam. Futbolçu həmkarıma və digər insanlara qarşı heç vaxt belə hərəkətə yol verməməşəm. Görüntülərin yenidən izlənməsini məsləhət görərdim”.
- “Araz-Naxçıvan” heyətini yeni oyunçu ilə gücləndirib
- II Liqa: XIII turun oyun cədvəli açıqlanıb
- VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan milliləri növbəti matçlarını keçirəcəklər
- “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
- “Sabah” - “Qarabağ” matçının hakimləri bəlli oldu