“Kəpəz”də ayrılıq baş verib
27.01.2025 - 01:23
![“Kəpəz”də ayrılıq baş verib](https://apasport.az/storage/news/2025/january/27/big/6796a7b5af5536796a7b5af55417379265816796a7b5af5516796a7b5af552.jpeg)
Misli Premyer Liqası təmsilçilərindən “Kəpəz” yayda heyətinə qatdığı legionerlərindən birini göndərib.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi Lassana Ndiaye ilə yollarını ayırıb.
Klub qış fasiləsini əvəzedici heyətdə hazırlaşmış Ndiayenin müqaviləsinə xitam verib.
Qeyd edək ki, 24 yaşlı hücumçu ÇSKA, "Eskilstuna", "Veles", "Tekstilşik", "Arda", "Radniçki"(Nis), "Botev"(Vratsa) klublarında oynayıb.
0
0