Kerjakov Qazaxıstan klubundan ayrılıb
03.09.2024 - 11:28
Qazaxıstanın “Kayrat” klubunun rusiyalı baş məşqçisi Aleksandr Kerjakov postunu tərk edib.
Apasport.az Almatı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, A.Kerjakov mayın sonundan "Kayrat"a rəhbərlik edir. Komanda onun rəhbərliyi altında keçirdiyi 12 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib, 3 dəfə məğlub olub. "Kayrat" 18 oyundan sonra 32 xalla Qazaxıstan çempionatında turnir cədvəlinə başçılıq edir.
- Krakov-2023: Badmintonçularımızdan iki qələbə, iki məğlubiyyət - YENİLƏNİB
- "Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı oyunlarına hakim təyinatları açıqlanıb
- Prezident "Qarabağ"ı "Benfika" üzərində qələbə münasibətilə təbrik edib
- İlqar Qurbanov Azərbaycan millisinin direktoru təyin olunub
- UEFA reytinqi dəyişməz qaldı
0
0