Keyn Droqbanı geridə qoydu
23.10.2025 - 13:13

“Bavariya” Çempionlar Liqasının III turunda “Brügge”ni məğlub edib – 4:0.
Apasport.az xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu Harri Keyn görüşdə bir qolla yadda qalıb. İngiltərəli futbolçu bununla da turnirdəki qollarının sayını 45ə çatdırıb.
Keyn Çempionlar Liqasının bombardirləri siyahısında 17-ci yerə yüksəlib. O, 44 qollu keçmi hücumçu Didye Droqbanı qabaqlayıb.
0
0