Kroos karyerasını “Real”da bitirəcək
27.09.2022 - 22:05
Toni Kroosun gələcək karyerasına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, almaniyalı “Real” karyerasını davam etdirəcək.
Toni İspaniya təmsilçisi ilə yeni müqavilə imzalamağa razılıq verib. Anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Kroos 2024-cü ildə karyerasını “Real”ın futbolçusu kimi başa vurmaq niyyətindədir. Onun indiki sözləşməsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, yarımmüdafiəçi 2014-cü ildə “Bavariya”dan 25 milyona transfer edib.
- "Kopenhagen"in baş məşqçisi: "Qarabağ" bura gəlib çıxmaq üçün uzun yol qət edib"
- Rüfət Əhmədov yenidən “Qəbələ”də
- "Sumqayıt"da yeni legioner
- Adı "Neftçi" ilə hallanan Terim Səudiyyə Ərəbistanı klubunu çalışdıra bilər
- Ayxan Abbasov: "Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi"
0
0