Ukrayna – Azərbaycan oyununun yeri dəqiqləşdi
16.10.2023 - 14:02
![Ukrayna – Azərbaycan oyununun yeri dəqiqləşdi](https://apasport.az/storage/news/2023/october/16/big/652d083be54d6652d083be54d71697450043652d083be54d4652d083be54d5.jpg)
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Ukrayna yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsində baş tutacaq Ukrayna - Azərbaycan qarşılaşması İspaniyanın Mursiya şəhərində təşkil olunacaq. Noyabrın 21-də keçiriləcək matç “Nueva Condomina” stadionunda baş tutacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
0
0