Kunde “Barselona”nın bir addımlığında
28.07.2022 - 15:28
Jül Kundenin “Barselona”da tibbi müayinədən keçəcəyi tarix müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin futbolçusu sabah müayinə olunacaq.
Müdafiəçinin keçidi üçün “Sevilya”ya 50 milyon avro ödəniləcək. Kunde üçün bonus kimi daha 5 milyon verilə bilər.
23 yaşlı fransalı 5 illik müqavilə imzalayacaq. O, 2027-ci ilədək Kataloniya təmsilçisində forma geyinəcək.
- Premyer Liqada 50-ci oyun
- Azərbaycan - Ukrayna matçının hakimləri bəlli olub
- Azərbaycanın voleybol millisi Belarusdakı təlim-məşq toplanışını başa vurub
- Azərbaycan millisinin və futbol klublarının həkimləri üçün seminar təşkil olunub
- “Neftçi”nin baş məşqçisindən Rumıniya yığmasına namizədliyinə münasibət
0
0